Aİ səhvən litvalı rus müəllimi “qara siyahı”ya saldı

   Aİ səhvən litvalı rus müəllimi “qara siyahı”ya saldı
  06 İyul 2022    Oxunub:1239
Litvanın ikinci ən böyük şəhəri Kaunasdan olan məktəb müəllimi Sergey Kozlov, “Luqansk Xalq Respublikası” hökumətinin “sədri” Sergey İvanoviç Kozlovla eyni zad və soyada malik olduğu üçün Avropa İttifaqının sanksiyalarına məruz qalıb.
Bu barədə Delfi portalı məlumat yayıb. Sergey Kozlov Kaunasda məktəb müəllimi işləyir və rus dilindən dərs deyir. Bu yaxınlarda o, maaşının kəsildiyini və bank hesablarının bağlandığını öyrənib. Məlum olub ki, onun adı Avropa İttifaqının sanksiyalar siyahısında yera alıb.

“Onlar mənə dedilər ki, mən terrorçuyam, nə qədər gülməli səslənsə də. Mənim soyadım və adım “Luqansk Xalq Respublikası” hökumətinin “sədri” ilə eynidir. Lakin onlar bizim yaş fərqimizi nəzərə almayıblar”, - müəllim deyib.

AzVision.az



Teqlər:  



Xəbər lenti