Ayağını çölə çıxardıb maşın sürən şəxs həbs edildi - Foto
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli AzVision.az - a açıqlamasında bildirilib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilib.
“İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib.
Bir daha sürücülərdən və ümumən bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına hörmətlə yanaşmağı və təhlükəsizlik qaydalarına qanun çərçivəsində münasibət göstərməyi xahiş edirik”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


