Sumqayıtda sabiq polis əməkdaşı intihar edib

   Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
  06 İyul 2022    Oxunub:1903
Sumqayıt şəhərində sabiq polis əməkdaşı intihar edib.
AzVision.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-cisabiq polis bölməsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti