“Təkcə Corca deyil, 600-dan çox internat məzununa mənzil təqdim edilib“
Məlumatda qeyd olunur ki, agentliyin layihəsi olan “Məzun evi”ndə 360-dan çox mənzil məhz internat məzunlarına təqdim edib. Bu, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir.
“2021-ci ildən də bu tədbirlər davam etdirilib. Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərə mənzillər təqdim edir. Bu müddət ərzində Abşeron rayonundakı yaşayış kompleksində 200-dən çox, ümumilikdə isə 600-dan çox internat məzununa mənzil təqdim edilib və bu proses hazırda da davam etdirilir. Bu isə öz növbəsində dövlətimizin bu kateqoriyadan olan vətəndaşlarımıza qayğısının bariz nümunəsidir”.
Xatırladaq ki, Roza Zərgərlinin oğulluğa götürdüyü Corc Qafarova Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyi tərəfindən ev verilib. Bu fakt bir sıra bir-birinə əks-rəylər doğurub. C. Qafarovun evlə təmin olunmasını cəmiyyətin böyük bir hissəsi etirazla qarşılayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


