"Conson bizi, biz də onu sevmirik" - Peskov

   "Conson bizi, biz də onu sevmirik" -    Peskov
  07 İyul 2022    Oxunub:959
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın baş naziri Boris Conson haqqında danışıb. AzVision.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Peskov deyib ki, Rusiya və Boris Conson bir-birlərini qarşılıqlı şəkildə bəyənmirlər.
- Cənab Consona gəlincə, o, bizi sevmir, biz də onu sevmirik, - Peskov deyib.

Eyni zamanda, Kreml sözçüsü vurğulayıb ki, Consonun tezliklə istefası ilə bağlı şayiələr fonunda Böyük Britaniyada yaranmış qarışıq vəziyyət geniş hökumət böhranıdır. Bu məsələlər Rusiya hakimiyyətinin diqqətini çəksə də, məlum proseslər onların işi üçün prioritet deyil.

Peskov deyib ki, onlar ilk növbədə ölkə daxilində baş verənləri izləyirlər.

Xatırladaq ki, bu gün Britaniyanın İTV və Sky News telekanalları baş nazir Boris Consonun yaxın saatlarda istefa verəcəyi barədə məlumat yayıb. Eyni zamanda, BBC-nin məlumatına görə, Conson bu gün mühafizəkarların lideri postunu tərk edərsə o, oktyabr ayına, hakim partiyanın yeni rəhbəri seçilənə qədər baş nazir vəzifəsində qalacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Peskov   Britaniya  



Xəbər lenti