Həmyerlimizə ABŞ ordusunda böyük vəzifə verildi

   Həmyerlimizə ABŞ ordusunda böyük vəzifə verildi
  07 İyul 2022    Oxunub:1863
Amerika Hərbi Dəniz Qüvvələrinin zabiti Nəimi Amiral Amerikanın 5-ci Donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Bu barədə AzVision.az -a Nəimi Amiralın dostu, diaspora üzrə araşdırmaçı ekspert Elnur Eltürk məlumat verib.

Qeyd edək ki, Amerikanın 5-ci Donanması Bəhreyndə yerləşir. 5-ci Donanma Fars Körfəzi, Hind Okeanı və Yaxın Şərq ölkələrini əhatə edən böyük bir coğrafiyanın təhlükəsizliyini təmin edir. Nəimi Amiral bundan əvvəl Pentaqonda, Dəniz Qüvvələri mərkəzi aparatında Rusiya və Avropa şöbəsinə rəhbərlik edirdi.

Nəimi Amiral 20 ilə yaxındır Amerika Hərbi Dəniz Qüvvələrində xidmət edir və polkovnik rütbəsi daşıyır. Onun Azərbaycanın tanınmış mədəniyyət və insəsənət xadimləri ilə dostluq münasibətləri var. Oğlu Kamal Amiral şahmatla peşəkar səviyyədə məşğul olur və Azərbaycan dilində səlis danışır.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti