Lavrov Blinkenin şəkil çəkdirməkdən imtinasına münasibət bildirdi

   Lavrov Blinkenin şəkil çəkdirməkdən imtinasına münasibət bildirdi
  08 İyul 2022    Oxunub:843
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkeni İndoneziyada keçirilən İyirmilik Qrupunun (G20) xarici işlər nazirlərinin toplantısı çərçivəsində birgə fotosessiyaya dəvət etmədiyini bildirib.
“Mənimlə görüşlərə, mənimlə şəkil çəkdirməyəcəkləri barədə açıqlamalara gəlincə: Mən heç kimi şəkil çəkdirməyə dəvət etməmişəm. Və heç kimi heç yana dəvət etməmişəm. İndoneziya məni dəvət etdi. Necə ki, İndoneziya Rusiya prezidenti Vladimir Putini noyabrda sammitə dəvət edib”-deyə, o bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti