Aİ səfiri Azərbaycan xalqını təbrik edib

   Aİ səfiri Azərbaycan xalqını təbrik edib
  09 İyul 2022    Oxunub:992
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, müvafiq videomüraciət feysbukda yayılıb.

“Əziz azərbaycanlı dostlar, sizi, dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə, xoşbəxtlik, əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək!”- o bildirib.

AzVision.az


Teqlər: Avropa-İttifaqı  



Xəbər lenti