Ukraynaya "Bayraktar" almaq üçün 1,7 milyon dollardan çox pul toplanılıb

   Ukraynaya "Bayraktar" almaq üçün    1,7 milyon dollardan    çox pul toplanılıb
  09 İyul 2022    Oxunub:1172
Polşada “Ukraynaya "Bayraktar" alaq” kampaniyası çərçivəsində artıq səkkiz milyon zlotidən (1,7 milyon dollardan çox) artıq pul yığılıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki bu, iyulun sonuna qədər Polşada toplanması planlaşdırılan ümumi məbləğin 35%-ni təşkil edir.
Aksiyaya ümumilikdə 72 minə yaxın insan artıq pul köçürüb.

İyunun 28-dən “Zrzutka.pl” kraudfandinq platformasında davam edən kampaniya Polşanın tanınmış ictimai xadimi, politoloq və jurnalist Slavomir Sierakovskinin təşəbbüsü ilə baş tutub.

AzVision.az



Teqlər:



Xəbər lenti