ABŞ Kuba vətəndaşlarına viza məhdudiyyəti qoyub

ABŞ Kuba vətəndaşlarına viza məhdudiyyəti qoyub
  09 İyul 2022    Oxunub:1659
Amerika Birləşmiş Ştatları Kuba Kommunist Partiyasının yüksək vəzifəli şəxsləri və dövlətin media nümayəndələri də daxil olmaqla 28 Kuba vətəndaşına ölkəyə giriş məhdudiyyəti qoyub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, bu şəxslər zorakı, ədalətsiz həbslərə, qondarma ittihamlarla məhkəmələrə və yüzlərlə etirazçıya onilliklərlə həbs cəzası verilməsinə və ya onlara şərait yaratdıqlarına görə sanksiyaya məruz qalıblar.

Sanksiyalar həmçinin dövlət mediasında işləyən, kubalıların məlumatı sərbəst əldə etmək imkanlarını məhdudlaşdıran və dezinformasiya yayan şəxslərə də şamil edilib.

AzVision.az



Teqlər: ABŞ   Kuba  



Xəbər lenti