İranda polis zorakılığına etiraz edən iki rejissor həbs edilib

 İranda polis zorakılığına etiraz edən iki rejissor həbs edilib
  09 İyul 2022    Oxunub:1428
İranda sosial şəbəkə hesabında polis zorakılığına etirazla bağlı bəyanat yerləşdirən məşhur rejissor, 70-ci Kann Beynəlxalq Film Festivalının “Xüsusi baxış” mükafatını almış Məhəmməd Rəsulof və onun həmkarı Mustafa Əl-Əhməd polis tərəfindən həbs ediliblər.
AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Qeyd olunub ki, Məhəmməd Rəsulof bir il müddətinə həbs cəzası alıb. Rejissorun nümayəndəsi qeyd edib ki, Rəsulof təkadamlıq kamerada saxlanılır. O, həmçinin adətən iranlı siyasi məhbusların saxlandığı Tehranın Evin həbsxanasında dindirilir.

“İRNA” xəbər agentliyinin məlumatına görə, rejissorlar may ayında Abadan şəhərində 41 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra İran polisini silahları yerə qoymağa çağırış etdikləri üçün saxlanılıblar.

Rəsulof və Əl-Əhməd polis zorakılığına qarşı petisiya başladıblar və bu petisiya İran kino ictimaiyyətinin daha 70 üzvü tərəfindən imzalanıb.

AzVision.az



Teqlər: İran   Rejissor   Hs  



Xəbər lenti