Siyəzəndə bir ailənin beş üzvü zəhərlənib

Siyəzəndə bir ailənin beş üzvü zəhərlənib
  09 İyul 2022    Oxunub:1443
Siyəzəndə kütləvi zəhərlənmənin təfərrüatları məlum olub.
AzVision.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, Siyəzən rayon sakinləri 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu və onun 3 azyaşlı övladı 2008-ci il təvəllüdlü Quliyeva Nazilə, 2010-cu təvəllüdlü Quliyev Əsəd, 2011-ci il təvəllüdlü Quliyeva Türkanə, ailənin qohumu 2014-cü il təvəllüdlü Quliyev Fizuli və 1974-cü il təvəllüdlü Abdullayev Cəbrayıl Süleyman oğlu nərə balığından zəhərləniblər.

Zəhərlənən altı nəfərin hamısı Siyəzən Regional Diaqnostika Mərkəzində çatdırılıblar.

R.Quliyevin və C.Abdullayevin vəziyyətləri ağır olduğundan onlar Respublika Toksikologiya Mərkəzində göndəriliblər. R.Quliyev Bakıda dünyasını dəyişib.

AzVision.az



Teqlər: Siyəzən   Zəhərlənmə  



Xəbər lenti