Gürcüstanda bu gün altı dəfə zəlzələ olub - YENİLƏNİB
***
Gürcüstanın Ninotsminda şəhəri bölgəsində 4,5 bal gücündə zəlzələ olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 11,95 km dərinlikdə olub. Məlumata görə, yeraltı təkan Bakı vaxtı ilə 07:36-da qeydə alınıb.
Növbəti yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:36-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonu yaxınlığında, Sameba kəndində olub. Zəlzələ paytaxt Tbilisidə də hiss olunub. Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.
Gürcüstanda üçüncü zəlzələ yerli vaxtla saat 9:10-da aş verib. 4,5 maqnitudalı növbəti zəlzələnin də episentri Sameba kəndi yaxınlığında qeydə alınıb.
AzVision.az
Teqlər: Gürcüstan







Vaxtında, Aydın, Lazımlı!


