7000-dən çox Ukrayna əsgəri itkin düşüb - Komissar

   7000-dən çox Ukrayna əsgəri itkin düşüb -    Komissar
  11 İyul 2022    Oxunub:2304
Ukraynanın indiyə qədər 7200 hərbçisi itkin düşüb.
AzVision.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə ictimaiyyətə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko məlumat verib. O bildirib ki, itkin düşənlərin axtarışı üzrə "Çağrı mərkəzi"nə hər gün məlumatlar daxil olur.

Komissar qeyd edib ki, itkin düşən əsgərlərin əksəriyyəti sağdır və əsirlikdədir: "Biz bilirik ki, onları Rusiyaya aparıblar. İlk öncə anlamaq lazımdır ki, orada nə qədər adam var. Əgər onların sayı yüzdən çoxdursa, demək olar ki, bütün batalyonun əsirlikdə olduğunu başa düşürük. Hələ də onlarla əlaqə yoxdur. Gec-tez onlar mübadilə siyahısına salınacaq və evlərinə qayıdacaqlar".



Teqlər:



Xəbər lenti