Fransada qazanxanalar Rusiya qazını mazuta dəyişir

Fransada qazanxanalar Rusiya qazını mazuta dəyişir
  11 İyul 2022    Oxunub:2474
Fransada enerji tutumlu şirkətlər Rusiya qazının tədarükünün azalması halında elektrik enerjisinin kəsilməsinin qarşısını almaq üçün fövqəladə vəziyyət planlarını sürətləndirirlər. Artıq onlar qazla işləyən qazanxanaları mazut sisteminə çevirirlər.
AzVision.az xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

Eyni zamanda qeyd edilib ki, Fransa elektrik enerjisinin təxminən 70%-ni nüvə enerjisindən alır, yəni qonşu Almaniya ilə müqayisədə Rusiya qazından daha az asılıdır. Dövlətin nəzarətində olan elektrik enerjisi istehsalçısı EDF köhnəlmiş elektrik stansiyalarında yaranan fasilələr səbəbindən Fransanın ehtiyaclarını ödəməyə çalışır. Qeyd olunur ki, 56 nüvə reaktorundan 29-da enerji istehsalı yoxlama və təmir işləri ilə əlaqədar dayandırılıb.

Sənaye şirkətləri də mümkün axsamalara hazırlaşır.

AzVision.az



Teqlər:



Xəbər lenti