Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

   Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
  11 İyul 2022    Oxunub:2710
Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif etməyi planlaşdırır.
Bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, hazırda Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması mexanizmlərinin müzakirəsi hələ də davam edir və bu məsələ ilə bağlı qərarın yaxın vaxtlarda görünməsi ehtimalı azdır.

İttifaqa üzv bəzi ölkələr Rusiya qazına qarşı sanksiyaların genişləndirilməsində israrlıdır, lakin Aİ ölkələrinin böyük əksəriyyəti bu cür tədbirləri dəstəkləmir.

AzVision.az


Teqlər:  



Xəbər lenti