Polşadakı diasporumuz “Qarabağ”a uğurlar arzuladı
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Polşa Azərbaycanlıları Şurasının və Varşavadakı Azərbaycan Evinin rəhbəri Fərid Cəfərovun təşkilatçılığı ilə gənc soydaşlarımız UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən oyunu stadionda izləyiblər.
Üçrəngli bayraqlarımızı dalğalandıran, “Azərbaycan”, “Qarabağ” və digər şüarlar səsləndirən gənclərimiz futbolçılarımıza mənəvi dayaq olmağa çalışıblar. Diasporla İş üzrə Dövlət Komitəsi, Polşa Azərbaycanlıları Şurası və Varşavadakı Azərbaycan Evi cavab oyununda “Qarabağ”a uğurlar arzulayır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


