Həbsdə olan general özünə “Tik-Tok” açdı

   Həbsdə olan general özünə “Tik-Tok” açdı
  12 İyul 2022    Oxunub:1374
Bakı Hərbi Məhkəməsində mühakimə olunan ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyevin adına "Tik-Tok” platformasında "movlamshikhaliyev.com" səhifə açılıb.
Səhifədə Mövlam Şıxəliyevə aid foto və videolar, sənədlər yerləşdirilib. Səhifənin vaxtaşırı yenilənməsi və Mövlam Şıxəliyevin heç yerdə yayılmayan fotolarının paylaşılması onun saxta olmadığına şübhələri artırır.

Bundan əlavə, "movlamshikhaliyev.com" adlı sayt və eyni adlı youtube səhifəsi də istifadəyə verilib.

Ağır ittihamlarla mühakimə olunan generalın indiki məqamda internetdə faəllaşmasının səbəbləri bəlli deyil.

AzVision.az


Teqlər:



Xəbər lenti