"Bəzi KTMT və MDB müttəfiqləri gözləmə mövqeyi tuturlar" - Lukaşenko
Onun sözlərinə görə, Belarus və Rusiyanın daxil olduğu iqtisadi və siyasi birlikləri parçalamağa cəhdlər olur.
Lukaşenko onu da vurğulayıb ki, Minskə təzyiq təkcə hərbi-siyasi sahədə deyil, həm də digər sahələrdə, ilk növbədə, iqtisadi və informasiya sferasında artır.
- Bu bir daha onu təsdiq edir ki, Belarusa qarşı hər zaman hücum xarakterli genişmiqyaslı hibrid müharibə başladılır, - Lukaşenqo deyib.
Belarus prezidenti fikirlrinə onu da əlavə edib ki, bu müharibədə Şimali Atlantika Alyansına kiberməkanda psixoloji əməliyyatlar və təxribat hərəkətləri həyata keçirmək üzrə ixtisaslaşan həm milli, həm də koalisiya strukturları iştirak edirlər.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


