Afina Moskvanı Haaqa məhkəməsinə verdi

   Afina Moskvanı Haaqa məhkəməsinə verdi
  12 İyul 2022    Oxunub:1681
Yunanıstan Rusiya Federasiyasının Mariupol və Odessa vilayətində törətdiyi hərbi cinayətlərin araşdırılması tələbi ilə Haaqa Beynəlxalq Məhkəməsinə müraciət etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Odessa vilayəti hərbi administrasiyası məlumat yayıb.

Qeyd olunur ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias Odessaya işgüzar səfərə gəlib və Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko ilə görüşüb. Qonaq Odessada yunan cəmiyyətlərinin nümayəndələri ilə də görüşüb, Odessa Milli Akademik Opera və Balet Teatrında olub, Yunanıstanın Baş Konsulluğu ilə Odessa vilayətinin Dövlət Arxivi arasında maraq doğuran arxivlərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti