Hindistanda güclü leysan: 18 nəfər ölüb

Hindistanda güclü leysan:    18 nəfər ölüb
  13 İyul 2022    Oxunub:1251
Hindistanın müxtəlif ştatlarında yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb.
Bu barədə yerli India TV kanalı məlumat yayıb.Güclü leysan səbəbindən bir çox ərazinin hələ də su altında qaldığı və torpaq sürüşmələrinin davam etdiyi şərqi Assamda vəziyyət çətin olaraq qalır. Ötən gün musson yağışları Yeni Dehli yollarında nəqliyyatın hərəkətini iflic edib. Meteoroloqlar ən azı yaxın sutka üçün daha çox leysan yağacağını proqnozlaşdırırlar.

AzVision.az


Teqlər: Hindistan  



Xəbər lenti