Qaraqalpaqda fövqəladə vəziyyət yumşaldılır

Qaraqalpaqda fövqəladə vəziyyət yumşaldılır
  13 İyul 2022    Oxunub:1186
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqda fövqəladə vəziyyətin yumşaldılması barədə fərman imzalayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib. Belə ki, Qaraqalpaqıstanda komendant saatının müddəti 10 saatdan 6-ya endiriləcək.

Xatırladaq ki, baş verən kütləvi iğtişaşlardan sonra iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət tətbiq edilib. Etirazların səbəbi kimi konstitusiyanın yanlış şərh edilməsi göstərilirdi.

AzVision.az


Teqlər:



Xəbər lenti