Tamaşaçılar şəhid analarının çıxışlarını və aktyorların ifasında səsləndirilən “Xudayar təsnifi”ni sürəkli alqışlarla və göz yaşları içərisində qarşılayıblar.
Qeyd edək ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdır.
Tamaşanın 10-cu nümayişində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Səmədzadə Xasıyev, Ofeliya Məmmədova, Hidayət Əliyev, Əli Kərimov və Murad Əliyev iştirak ediblər.
Tamaşanın musiqi tərtibatçısı və quruluşçu dirijoru və Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Əsərdə Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


