Şri-Lanka prezidenti Maldivdən Sinqapura gedəcək

   Şri-Lanka prezidenti Maldivdən Sinqapura gedəcək
  14 İyul 2022    Oxunub:649
Maldiv adalarında olan Şri-Lanka Prezidenti Qotabaya Racapaksa şəxsi təyyarə ilə Sinqapura gedəcək. Orada öz istefasını elan edəcək.
Bu barədə Şri-Lankanın “Daily Mirror” qəzeti məlumat yayıb. Maldiv adalarında yeganə olan İbrahim Nasir Beynəlxalq Hava Limanı, Racapaksanın planlaşdırılan gedişi ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri altındadır. Bildirilir ki, göyərtəsində dövlət başçısı və xanımı olan şəxsi təyyarənin yola salınması “tezliklə” baş tutacaq.

Onun iyulun 13-də dövlət başçısı vəzifəsindən istefa verəcəyini rəsmən elan edəcəyi gözlənilirdi, lakin bu baş verməyib. O, iyulun 9-da Kolomboda istefa tələbi ilə keçirilən kütləvi etirazlardan sonra ölkəsini tərk edib. Etirazçılar onun iqamətgahını, eləcə də baş nazir Ranil Vikramasinqnin iqamətgahını ələ keçiriblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti