Serbiya Aİ-nin İrana qarşı sanksiyalarına qoşulmur

Serbiya Aİ-nin İrana qarşı sanksiyalarına qoşulmur
  14 İyul 2022    Oxunub:1117
Serbiya Qərbi Balkanlarda Avropa İttifaqının İrana qarşı sanksiyalarına qoşulmayan yeganə quruma namizəd ölkə olaraq qalır.
Bu barədə “Euractiv” yazıb. Qeyd olunur ki, Brüssel Tehrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etdikdən bir həftə sonra Belqradda iranlı sahibkarların iştirakı ilə biznes forum keçirilib. Tədbirdə hər iki ölkədən 80-ə yaxın insan iştirak edib.

Nəşrin yazdığına görə, ölkələr iqtisadi sahədə əməkdaşlığa, o cümlədən qida sənayesi, enerji, turizm, səhiyyə və telekommunikasiya üzrə əlaqələrin genişlənməsinə müsbət baxır. Həmçinin rəsmi Belqrad ölkədə yeni hökumət təyin olunan kimi Serbiya və İran arasında İqtisadi Əməkdaşlıq üzrə Qarışıq Komitəsinin işini aktivləşdirməyə hazırlaşır.

AzVision.az


Teqlər: Serbiya  



Xəbər lenti