İtaliya prezidenti Baş nazirin istefasını qəbul etmədi - YENİLƏNİB
Prezidentin qərarı ilə İtaliya parlamenti səsvermə keçirməli olacaq. Bu da Draqi hökumətinin deputatların əksəriyyətinin dəstəyini alıb-almadığını göstərəcək.
Səsvermə çərşənbə günü keçirilə bilər.
***
İtaliyanın Baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı prezident Sercio Mattarellaya çatdırıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


