Conson Baş nazirliyə namizəd olan Sunakı dəstəkləməməyə çağırdı

   Conson Baş nazirliyə namizəd olan Sunakı dəstəkləməməyə çağırdı
  15 İyul 2022    Oxunub:884
İstefa verən Böyük Britaniyanın baş naziri Boris Conson keçmiş maliyyə naziri Rişi Sunakdan başqa, bu vəzifəyə istənilən namizədi dəstəkləməyə çağırıb. Bu barədə “The Times” qəzeti mənbəyə istinadən məlumat yayıb.
İyulun 14-də Böyük Britaniyanın baş naziri seçkilərinin üçüncü turuna 5 nəfər keçib. Sunak (101) və beynəlxalq ticarət nazirinin müavini Penni Mordont (83) ən çox səs toplayıb.

Conson əvvəlcə heç bir namizədi açıq şəkildə dəstəkləmək istəməsə də, sonradan onların hər biri ilə danışıb və Sunakın Böyük Britaniya hökumətinə rəhbərlik etməməli olduğunu bildirib. Mənbənin sözlərinə görə, Conson xarici işlər naziri Liz Trassa rəğbət bəsləyir, o, həmçinin Mordauntun namizədliyinə qarşı deyil.


AzVision.az



Teqlər: Britaniya  



Xəbər lenti