Çantadan 7 min manat oğurladı

Çantadan 7 min manat oğurladı
  15 İyul 2022    Oxunub:1564
Kafedə Bakı sakininin çantasından 7 000 manat oğurlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən mləumat verilib.

Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə rayon ərazisindəki kafelərin birində Bakı şəhər sakini E.Mikayılovun çantasından 7000 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti