Hindistan su altında qalıb: Ölənlərin sayı artır

   Hindistan su altında qalıb:    Ölənlərin sayı artır
  15 İyul 2022    Oxunub:1063
Hindistanın qərbindəki Qucarat ştatında son sutka ərzində musson yağışları və daşqınlar nəticəsində azı 3 nəfər ölüb, təbii fəlakətin qurbanlarının ümumi sayı 47 nəfərə çatıb.
Bu barədə “Times of India” qəzeti məlumat yayıb. İyulun 7-dən etibarən illik yağıntının 51%-i Qucarat ərazisinə düşüb. Tapi və Navari bölgələri yağışın yaratdığı daşqınlardan ən çox zərər çəkib. Qucarat hakimiyyəti tərəfindən 39 mindən çox insan daşqın zonasından təxliyə edilib və müvəqqəti düşərgələrə yerləşdirilib.

Bu həftə daşqın qurbanlarının ümumi sayının 179 nəfər olduğu Hindistanın şimal-şərqindəki Assam ştatında vəziyyət çətin olaraq qalır. Təbii fəlakətdən əziyyət çəkənlərin sayı təxminən 1,8 milyon nəfərə çatıb, Assamın 23 rayonunda 1,6 mindən çox kənd yaşayış məntəqəsi daşqın zonasında qalıb, fəlakət zonasından təxliyə edilmiş 278 min sakin 413 müvəqqəti düşərgədə yerləşir.


AzVision.az



Teqlər:



Xəbər lenti