Aİ Ukraynaya verdiyi maliyyə vədlərini yerinə yetirməyə tələsmir

Aİ Ukraynaya verdiyi maliyyə vədlərini yerinə yetirməyə tələsmir
  15 İyul 2022    Oxunub:1931
Avropa İttifaqı (Aİ) üzv ölkələri üçün çətin iqtisadi dövrlərdən, eləcə də Ukraynadakı korrupsiyadan qorxaraq Kiyevə maliyyə yardımı göstərmək öhdəliyini yerinə yetirməkdən çəkinir.
Bu qiymətləndirməni mənbələrə istinadən Bloomberg verib. “Təxminən iki ay əvvəl Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Ukraynaya 9 milyard dollar kreditin verilməsi təşəbbüsü ilə çıxış etdi. İndiyə qədər Aİ üzvləri yalnız ilkin tranş üzrə razılığa gələ biliblər. Onun fikrincə, bunun səbəbi Brüsselin Rusiya qazının tamamilə dayandırılması və pul siyasətinin sərtləşdirilməsi ilə üzləşməsidir ki, bu da regionu iki ildə ikinci tənəzzülə itələmək təhlükəsi yaradır”-mənbə bildirib.

Qeyd olunub ki, Ukraynadakı hərbi münaqişənin iqtisadi nəticələri regiondakı hökumətlərə təzyiq göstərir və bu, avropalılar arasında Kiyevə dəstəyin yaxın aylarda, xüsusən də enerjinin daha da bahalaşması ilə azala biləcəyini göstərir.

Agentlik izah edir ki, yardım paketinin böyük hissəsi Kiyevə kreditlərin deyil, qrantların verilməsini müdafiə edən AK və Berlin arasında fikir ayrılığı səbəbindən bloklanıb.


AzVision.az



Teqlər:



Xəbər lenti