İsveçdə dini məktəblərin açılmasına icazə verilməyəcək

   İsveçdə dini məktəblərin açılmasına icazə verilməyəcək
  15 İyul 2022    Oxunub:1629
İsveçdə dini yönümlü yeni məktəblərin açılmasına artıq icazə verilməyəcək və mövcud məktəblər fəaliyyətlərini genişləndirməməlidir.
Bu barədə İsveç hökumətinin Qanunvericilik Şurasına baxılması üçün göndərdiyi qanun layihəsində deyilir. Bunu şərh edən məktəb təhsili naziri Lina Akselson Kilblum qeyd edib ki, SEPO təhlükəsizlik polisi konfessional qərəzli məktəblərin proqramları ilə radikal ekstremizm arasında əlaqə qurub.

Tələbələrin radikallaşması riski və kurikulumların əsas tələblərə cavab verməməsi səbəbindən bəzi məktəblər bağlanıb: “Elə hallar olub ki, tədris tamamilə elmə zidd, əksinə dinə əsaslanıb. Bu, ola bilməz və bizim İsveç daha yaxşısını edə bilər”.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İsveç  



Xəbər lenti