Aİ Macarıstanı LGBT-yə görə məhkəməyə verəcək

Aİ Macarıstanı LGBT-yə görə məhkəməyə verəcək
  15 İyul 2022    Oxunub:1476
Avropa Komissiyası Macarıstanı LGBT əleyhinə təbliğat qanununa görə məhkəməyə verəcək.
"Reuters" agentliyin məlumatına görə, söhbət 2021-ci ilin iyununda Macarıstanda qəbul edilmiş və uşaqlar üçün tədris materiallarına və televiziya şoularına eynicinsli münasibətlərin nümayiş etdirilməsini, habelə yetkinlik yaşına çatmayanlara yönəlibsə, homoseksuallığın qeyd olunduğu reklamı qadağan edən qanundan gedir. Qanun cinsi tərbiyə dərslərinin keçirilməsinə də məhdudiyyətlər qoyur - bunu yalnız Macarıstanın rəsmi reyestrinə daxil edilmiş şəxslər və təşkilatlar keçirə bilər.

Aİ hesab edir ki, bu qanun ittifaqın normalarına ziddir və insan hüquqlarını pozur. Eyni zamanda, Macarıstan israr edir ki, bu qanun LGBT icmasının hüquqlarına toxunmur, yalnız uşaqların cinsi təhsilinə aiddir.

Bundan əvvəl Avropa Parlamenti Avropa Komissiyasını LGBT insanların hüquqlarını pozduğuna görə Polşa və Macarıstana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti