Ceyhun Bayramov Mirzoyanla Tbilisidə görüşəcək

   Ceyhun Bayramov Mirzoyanla Tbilisidə görüşəcək
  15 İyul 2022    Oxunub:1401
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tbilisidə görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, nazirlər iyulun 16-da Gürcüstan paytaxtında görüşəcək.

Bu, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ilk ikitərəfli görüşüdür. Bundan əvvəl xarici işlər nazirləri Düşənbədə Rusiya xarici işlər naziri ilə üçtərəfli görüşlər çərçivəsində danışıqlar aparıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti