ABŞ sülhməramlılarını Tiran adasından çıxarır

ABŞ sülhməramlılarını Tiran adasından çıxarır
  16 İyul 2022    Oxunub:1504
ABŞ Prezidenti Cozef Bayden Qırmızı dənizdəki Tiran adasından sülhməramlıların geri çəkildiyini açıqlayıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. ABŞ-ın hərbi birləşmələri 1981-ci ildən adadadır. Birləşmiş Ştatlar Prezidentinin sözlərinə görə, ada indi turizm və iqtisadi inkişaf üçün açıq olacaq.

ABŞ və Səudiyyə Ərəbistanı bütün tərəflərdə, o cümlədən İsraildə təhlükəsizlik tədbirlərini və naviqasiya azadlığını qoruyub saxlamağa razılaşıb. Misir 2017-ci ildə Tiran boğazındakı iki adanı Səudiyyə Ərəbistanına təhvil verməyə razılaşsa da, İsrailin razılığı yalnız indi alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti