Ağ Ev: “Rusiya rəsmiləri PUA-lara baxmaq üçün İrana səfər edib”

      Ağ Ev:    “Rusiya rəsmiləri PUA-lara baxmaq üçün İrana səfər edib”
  16 İyul 2022    Oxunub:1610
Rusiya rəsmiləri silah daşıya bilən PUA-lara baxmaq üçün son həftələrdə ən azı iki dəfə İranın mərkəzindəki aerodromlara baş çəkiblər. PUA-ların Ukraynada davam edən müharibədə istifadəsi nəzərdə tutulub.
Ağ Evin məlumatına görə, İran iyunun 8-də və iyulun 15-də Kaşan aerodromunda Rusiya rəsmilərinə pilotsuz təyyarələr nümayiş etdirib. ABŞ administrasiyası Rusiya nümayəndə heyətinin nəqliyyat təyyarəsi yerdə olarkən nümayiş etdirilən və aerodromda uçuşda olan Saegheh-191 (Azərbaycan dili: “İldırım”)və Saegheh -129 pilotsuz təyyarələrinin peyk görüntülərini də yayımlayıb.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlamasında deyib ki, administrasiyada İran hökumətinin Rusiyaya bir neçə yüz PUA verməyə hazırlaşdığına dair məlumat var.

AzVision.az


Teqlər:



Xəbər lenti