Co Bayden: İranı sabitliyi pozmağa qoymarıq

 Co Bayden:  İranı sabitliyi pozmağa qoymarıq
  16 İyul 2022    Oxunub:1527
“İran Yaxın Şərq regionunda qeyri-sabitliyə səbəb olur və biz buna imkan verməyəcəyik”.
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden bu gün Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı deyib.

“Biz istəyirik ki, İran region ölkələri ilə əməkdaşlıq etsin, beynəlxalq hüququn prinsiplərinə əməl etsin və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq etsin” - deyə o, əlavə edib.

AzVision.az



Teqlər: Bayden   İran  



Xəbər lenti