Ərdoğan və Makron taxıl dəhlizi yaradılmasını müzakirə ediblər

 Ərdoğan və Makron taxıl dəhlizi yaradılmasını müzakirə ediblər
  16 İyul 2022    Oxunub:1641
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası tviterdə məlumat yayıb.

Prezidentlər Ukraynadan Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının tədarükünə nəzarət etmək üçün İstanbulda koordinasiya mərkəzinin yaradılmasını müzakirə ediblər.

Türkiyə lideri qeyd edib ki, planın tezliklə həyata keçirilməsi qlobal ərzaq təhlükəsizliyi məsələlərinin həllini xeyli asanlaşdıracaq.

AzVision.az



Teqlər: Ərdoğan   Makron  



Xəbər lenti