Rusiya ordusu Xəzərdən Ukraynaya raketlər atıb

Rusiya ordusu Xəzərdən Ukraynaya raketlər atıb
  16 İyul 2022    Oxunub:1695
Rusiya ordusu son sutkada Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarədən atılıb.

Saat 16:30 radələrində Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən dörd raket məhv edilib.

Digər ikisi Çerkassı vilayətindəki boş əraziyə düşüb.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti