67 yaşlı kişinin meyiti tapıldı

67 yaşlı kişinin meyiti tapıldı
  17 İyul 2022    Oxunub:1091
Bakıda 67 yaşlı kişinin meyiti aşkarlanıb.
AzVision.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:



Xəbər lenti