Kiyev vilayətində 1300-dən çox meyit tapıldı

   Kiyev vilayətində    1300-dən çox meyit tapıldı
  18 İyul 2022    Oxunub:1284
Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 346 mülki sakinin meyiti tapılıb, daha 300 nəfər itkin düşüb.
Bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov bildirib. "Bu günə olan məlumata əsasən 1 346 nəfər həlak olub, dinc sakinlərin öldürüldüyün vurğulayıram. Onların əksəriyyəti odlu silahla öldürülüb", - o, milli telemarafonun efirində deyib. Nebitov vurğulayıb ki, bu, yekun rəqəm deyil.

AzVision.az



Teqlər: Meyit  



Xəbər lenti