Hindistanda leysan yağışları: 102 ölü

Hindistanda leysan yağışları:    102 ölü
  18 İyul 2022    Oxunub:1056
Hindistanda iyunun əvvəlindən davam edən leysan yağışlar 102 nəfərin həyatına son qoyub.
Maharaştra ştatında davam edən leysan yağışlar nəticəsində onlarla insan həlak olub. Leysan yağışların səbəb olduğu sel və qəzalar nəticəsində təkcə son 24 saat ərzində 2 nəfər ölüb, 68 nəfər yaralanıb.

Yağıntının təsirinə məruz qalan 28 yaşayış məntəqəsinin bəzilərində “qırmızı”, digərlərində isə “narıncı” xəbərdarlıq edilib. Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında davam edən musson yağışları, xüsusən Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.

AzVision.az



Teqlər: Hindistan  



Xəbər lenti