Gürcüstanın hakim partiyası Prezidentə qarşı

   Gürcüstanın hakim partiyası Prezidentə qarşı
  18 İyul 2022    Oxunub:988
Gürcüstan Prezidenti Salome Zurabişvilinin Avropa İttifaqına inteqrasiya məsələləri ilə bağlı çağırdığı parlamentin növbədənkənar sessiyasında hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası iştirak etməyəcək.
Bu barədə brifinqdə “Gürcü arzusu” parlament fraksiyasının birinci müavini Givi Mikanadze bildirib. "İyulun 18-dən fövqəladə sessiyanın çağırılması ilə əlaqədar bir daha bəyan edirik ki, biz radikal müxalifətin təşkil etdiyi uydurma, təxribat və əbəs prosesdə iştirak etməyi planlaşdırmırıq. Ona görə də fraksiyamızın 81 üzvündən heç biri növbədənkənar sessiyada iştirak etməyəcək”, - deyə Mikanadze bildirib.


AzVision.az


Teqlər: Gürcüstan  



Xəbər lenti