Ukrayna Rusiya ilə danışıqların bərpası şərtlərini açıqladı

   Ukrayna Rusiya ilə danışıqların bərpası şərtlərini açıqladı
  18 İyul 2022    Oxunub:1068
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya ilə danışıqlar yalnız onun hərbi əməliyyatda məğlubiyyətindən sonra mümkündür.
Diplomat bunu “Forbes Ukraine” jurnalına müsahibəsində deyib. Kulebanın sözlərinə görə, danışıqların birbaşa cəbhədəki vəziyyətlə bağlı olduğunu hamı anlayır:

“Mən bütün tərəfdaşlarıma sadə bir şeyi deyirəm: “Rusiya döyüş meydanındakı məğlubiyyətdən sonra danışıqlar masasına oturmalıdır. Əks halda, tərəflər yenidən “ultimatumların dilini” gözləməli olacaqlar”. Diplomat vurğulayıb ki, hazırda Rusiya ilə danışıqlar üçün heç bir əsas yoxdur.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti