Rusiyada dörd ayda bağlanan şirkətlərin sayı 17,5% artıb

   Rusiyada dörd ayda    bağlanan şirkətlərin sayı 17,5% artıb
  18 İyul 2022    Oxunub:1097
Rusiyada bağlanan şirkətlərin sayı artıb.
Bu barədə “TASS” “FinExpertiza” audit və konsaltinq şəbəkəsinin analitik xidmətinin araşdırmasının nəticələrinə istinadən xəbər verir. Qərbin ən sərt sanksiyalarının Rusiya iqtisadiyyatına tətbiq olunmağa başladığı 2022-ci ilin martından iyun ayına qədər Rusiyada 113,5 min kommersiya müəssisəsi bağlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% çoxdur.

Eyni zamanda, yeni şirkətlərin qeydiyyatı faktiki olaraq dəyişməz qalıb və 78,6 min təşkil edib. Bildirilir ki, bağlanan şirkətlərin əsas hissəsi vergi orqanlarının qərarı ilə hüquqi şəxslərin Vahid Dövlət Reyestrindən çıxarılıb (68,7%). Digər 16,7%-i fəaliyyət göstərməyən hüquqi şəxslərə görə xaric edilib, 14,5%-i birbaşa mülkiyyətçilər tərəfindən ləğv edilib, 1,4%-i isə yenidən təşkil edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti