Rusiyada “Kentavr” tapıldı

   Rusiyada “Kentavr” tapıldı
  19 İyul 2022    Oxunub:1066
Rusiyada koronavirusun “Omikron” ştammının yeni alt variantı tapılıb.

“Kentavr” (BA.2.75) variantı iyulda Moskvada beş nəfərdə aşkarlanıb, onlar xəstəliyi yüngül keçirirlər. Həmin şəxslər arasında xəstəxanaya yatırılan yoxdur. İyulun 13-də Niderlandın Milli Sağlamlıq İnstitutu ölkədə sözügedən variantın yayıldığı barədə bildirib.

Əvvəllər bu mutasiya Hindistanda və bir sıra başqa ölkələrdə, o cümlədən Avstraliya, Almaniya, Böyük Britaniya, ABŞ və Kanadada tapılmışdı.

AzVision.az



Teqlər:



Xəbər lenti