Yoluxanların sayı 250-ni keçdi, 4 nəfər öldü

   Yoluxanların sayı 250-ni keçdi,    4 nəfər öldü
  19 İyul 2022    Oxunub:1456
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, 4 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 794 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 090 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 096 aktiv xəstə var. Bu günə qədər 9 727 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 648, bu günə qədər isə ümumilikdə 7 008 073 test icra olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti