Rusiyalı milyarder malikanəsinin xərclərini ödəyə bilmir

   Rusiyalı milyarder malikanəsinin xərclərini ödəyə bilmir
  19 İyul 2022    Oxunub:1282
Böyük Britaniya məhkəməsi rusiyalı milyarder Pyotr Avenin (Forbes-a görə 4,8 milyard dollara sahibdir) hesablarına qoyulan məhdudiyyətləri yüngülləşdirib ki, iş adamı Londondakı malikanəsinin pulunu ödəsin.
Bu barədə Bloomberg məlumat yayıb. London məhkəməsi rusiyalı milyarder Pyotr Avenin malikanəsində xərcləri ödəmək və evin mühafizəsi üçün istifadə etdiyi bank hesabları ilə bağlı qərarını yumşaltmaq qərarına gəlib.

Nəşr izah edib ki, bu iddia Avenin Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə ona qarşı tətbiq edilən sanksiyalardan yayınma ittihamı üzrə aparılan istintaqın tərkib hissəsidir.
Britaniya Milli Cinayət Agentliyinin əməkdaşları may ayında milyarderin evində axtarış aparıblar və 3 milyon funt sterlinqdən çox pul izi aşkar ediblər.Bu pulun məhdudlaşdırıcı tədbirlərin tətbiqindən bir neçə saat əvvəl Avstriyadan Böyük Britaniyaya köçürüldüyü iddia edilir.

Avenə qarşı cinayət işi mayın sonunda açılıb. Alfa Group konsorsiumunun sahibləri Mixail Fridman və Petr Avenə qarşı sanksiyalar fevralın 28-də tətbiq edilib.


AzVision.az



Teqlər:



Xəbər lenti