Putin, Ərdoğan və Rəisinin görüşü sona çatdı - YENİLƏNİB

   Putin, Ərdoğan və Rəisinin görüşü sona çatdı -  YENİLƏNİB
  19 İyul 2022    Oxunub:2304
Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, görüşün sonunda birgə bəyannamə qəbul edilib.

Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir. Həmçinin İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.

***
Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başlayıb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, sammit Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilir.

Rusiya, İran və Türkiyə Prezidentlərinin görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir dəfələrlə təxirə salınıb.

AzVision.az



Teqlər:



Xəbər lenti