İtaliya və Türkiyədə meşə yanğınları

İtaliya və Türkiyədə meşə yanğınları
  20 İyul 2022    Oxunub:1422
Türkiyənin Manisa vilatində yerləşən buğda tarlasında baş verən yanğın bölgədə əsən güclü küləyin təsiri ilə meşəlik əraziyə yayılıb.
Geniş əraziyə yayılan yanğının söndürülməsi istiqamətində işlər davam edir. Gün boyu 8 xüsusi təyyarə, 9 helikopter və 60-dan çox yanğınsöndürən texnika yanağına müdaxilə edib. Alovların müxtəlif istiqamətlərdə irəliləməsi söndürmə işlərini çətinləşdirir. Ölkə üzrə daha bir meşə yanğını Muğlanın Milas rayonunda qeydə alınıb. Burada alovların qarşısını almaq mümkün olub.

İtaliyanın müxtəlif regionlarında baş verən meşə yanğınları gündəlik həyata mənfi təsir edib. Ölkənin mərkəz hissəsindəki Oriveto şəhəri ətrafında baş verən meşə yanğını şimal-cənub dəmir yolu nəqliyyatında ləngimələrə səbəb olub. Meşə yanğını səbəbindən paytaxt Roma ilə Florensiyanı birləşdirən həm sürətli qatar xəttində, həm də adi dəmir yolu xəttində nəqliyyatın hərəkəti dayanıb, uzun gecikmələr yaranıb. Toskana regionunda Massarosa yüksəkliyində baş verən meşə yanğını yaşayış məntəqələrinə təhlükə yaratdığı üçün 100 nəfər təxliyə edilib. Massarosada indiyədək 360 hektar ərazi yanğından zərər çəkib.

AzVision.az



Teqlər:





Xəbər lenti