Çavuşoğlu Ermənistana çağırış etdi

   Çavuşoğlu Ermənistana çağırış etdi
  21 İyul 2022    Oxunub:1737
Qarabağ Zəfərindən sonra Azərbaycanın təklifləri, bizim də yanaşmamız ortadadır. AzVision.az verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında müxtəlif vaxtlarda Moskva və Brüsseldə görüşlər keçirilib:

"Sərhədlərin delimitasiyası üzrə komissiyalar yaradılıb, əhatəli sülh sazişi üçün təklif irəli sürülüb. Azərbaycan da, Türkiyə də bu məsələdə səmimidir. Ermənistandan isə konkret addımlar görmək istəyirik. Biz bu prosesi Azərbaycanla koordinasiya etməliyik. Çünki biz "bir millət, iki dövlət"ik".

Nazir əlavə edib ki, Qurban bayramı münasibəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığında Ərdoğan münasibətlərin normallaşması ilə bağlı fikirlərini Paşinyana çatdırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti